Kamran HACI
Oskar Şindlerdən onun fərqi

Kamran Hacı | kamran-haji@mail.ru

Atalar məsəli: Örtülü bazar, dostluğu pozar

Onların hər ikisinin siyahısı var. Öz dövrlərinə görə. Birində xoşməramlı, digərində şəxsi niyyətli. İkinci dünya savaşında yaşamış Şindler dini, dili, irqindən asılı olmayaraq, çox insanı ölümdən xilas edib. «Zamanəmizin qəhrəmanı» isə öz marağını güdür.
Yaxşılıqlarına görə həmin almaniyalının xatirəsinə İsraildə hələ heykəl də ucaldıblar. Halbuki dünyada nadir yəhudi tapasan ki, almaniyalı bardə müsbət fikirdə olsun. Bu birinə gəlincə, ona «mediamızın üz qarası» deyirlər.
Söz siyahıdan düşəndə, yəqin oxucularımız anladı ki, haqqında ilk bəhs edilən Şindler film qəhrəmanı kimi məşhurlaşmış Oskar Şindlerin özüdür. Onun barəsində film də var. Çox məşhurdur – «Şindlerin siyahısı».
Digəri ilə də tanış olun: o, Səmayə Məmədovadır. Gənclər və idman nazirinin mətbuat katibidir.

Media toplantılarında olanda, hamını dəvət edir. Açıqcası-insafcası, bu işinə yarayır: nazir Azad Rəhimov görsün ki, onun mətbuat sözçüsü bir işarə ilə zala nə qədər KİV nümayəndəsi toplayır. Tədbirdə az sual səslənəndə, yaxın dostlarına gizlincə yaxınlaşıb, pıçıldayaraq nazirə sual vermələrini xahiş etməyə də ərki çatır. Necə olur olsun, təki toplantı sönük keçməsin. Yoxsa, Azad müəllim yenə ona göz ağardar.
Bəli, işini düz yerinə yetirmədiyinə görə Rəhimov onu hətta ictimaiyyət qarşısında danlayır. Nazirimizin ona son iradına «Bakı-2015»lə bağlı «Fairmont» mehmanxanasında təşkil edilmiş tədbirdə şahidlik etmişəm. Duzü, heç də xoş səhnə deyildi. Mətbuat konfransından sonra bir qrup jurnalist Azad Rəhimovun əyləşdiyi masaya yaxınlaşaraq, ona digər mövzulardan suallar verdilər. Söhbətin ortasında ayaq üstə dayanmış Səmayə Məmmədova, birdən sinəsini nazirə tərəf qabağa verərək, ona getməli olduqlarını xatırlatdı.

Qərbdə belə səhnələri paparatsilər çəkib, manşetə çıxarırlar. Nazir haqlı olaraq, dərhal ona irad tutdu. Mətbuat sözçüsü o saat müdirinin yanında olan stulda əyləşdi və ozünü pərt olmamış kimi göstərməyə çalışdı. Düzü, heç buna gərək yox idi. Bayaq qeyd etdiyim kimi, Azad Rəhimov bəlkə gün ərzində bir neçə dəfə ona irad tutur. Səmayə Məmmədova artıq buna öyrəncəlidir. Ancaq başqası olsaydı, yer yarılsaydı, yerə girərdi.
Nə isə, mövzüdan yayınmayım. Peşə bayramı, əlamətdar günlər olduqda çox sevilən Səmayə xanımın yadına KİV-də yaxın çevrəsi düşür. Hədiyyələr yalnız onlara çatır. Məsələn, ötən il Mətbuat günündə Məmmədova həmkarlarına ətir bağışlayıb. Hər ehtimala qarşı bir neçə rəsmi dövlət orqanını da öz siyahısına salıb. Şikayət olmasın. Bu il də o, ənənəsinə sadiq qaldı: iyulun 25-də nazirin Rio-2016 ilə bağlı mətbuat konfransına öz bildiyi jurnalistləri çağırdı. Sonda dəvətlilər təbrik edildi, onlara idman geyimi hədiyyə olundu.
AGİN-in ənənəvi «İlin yekunları»na həsr olunmuş mükafatlandırılmasına da ancaq həmin heyət iştirak edir. Nazirin öz iqamətgahında təşkil etdiyi çay süfrələrində həmçinin.

Söhbət, ətirdən, idman formasından, dəvətdən getmir. «Uşaqlığıq son geçəsi» filmində Davudun «sosiska» məsəlini xatırlatmaq istəyirəm (sanki bu zəmaqəyə hesablanıb): «İş pulda deyil, iş «vnimatelnı» olmaqdadır. Adamlar gərək bir-birlərinə «vnimatelnı» olsun. Sən mənə «vnimatelnı» olarsan, mən də sənə… Söhbət «sosiska»dan getmir. İstəsəm, özümdə alaram, pulum da var. Amma, sən alsan, bilərəm ki, məni də sayırlar».
KİV-in ölkə xaricində keçirilən yarışlara nazirlik tərəfindən ezamiyyə olunması dəstəyi də birtərəflidir. Unudub ki, dövlət təşktilatında əyləşib, «İtaldizain»da deyil.
Səmayə Məmmədovanın siyahısı dəyişməz, toxunulmazdır. Onu BMT təsdiqləyib, Avropa Birliyi altından qol çəkib. Antarktidada pinqivinlərdən, Afrikanın cəngəlliklərində yaşayan buşmenlər və qottentotlardan da xeyir-dua alınıb. O siyahıya indi düşmək istəyənlər, Quantanamoda verilən bütün işcəncələrə dözməli, Böyük Səhranı susuz gəzib dolaşmalı, Okeaniyada köpək balıqlarının bol olduğu sulardan sağ-salamat çıxmalı və nəhayət, Moskvaya, Leninə bir tərif məktubu yazmalıdır.

Mediada ayrıseçlilik salmaqla, uzun muddət KİV-də çalışanların zəhmətini yerə vurmaq hansı ədalətə sığır? Bununla nazirin mətbuat sözçüsü nə demək istəyir? Bu özbaşınalıq nə vaxta qədər davam edəcək?
Yaxşı xatırlayıram, idman mətbuatına gəlişimlə, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığım eyni ilə təsadüf edir. Bu, 2000-ci il idi. Orada həmişə xoş münasibət görmüşəm. İlk vaxtlar Sədaqət xanım, sonra, indi BŞGİBİ-nin rəisi Raqif Abbasovla çalışdım. Nazirliyin 3-cü mərtəbəsində yerləşən İdman şöbəsində məni tanımayan yoxdur. İdmanda böyük əməyi olan həmin insanlarla uzun müddət xoş münasibətdəyəm. Daim onlardan sayğı görmüşəm. Tək Səmayə Məmmədovanın məni gözgötürməzliyini anlaya bilmirəm. O, zamanında ən çox bir həmkarımla yaxınlıq etdi. Amma bu sevda uzun sürmədi. Bildiyimə görə, «London-2012»dən bəri hələ də küsülüdürlər.

Azad Rəhimov hamımızın naziridir. O, sadəliyi və xoş rəftarı ilə KİV-də rəğbət qazanıb. Amma nazirin sözdaşıyanının qeyri-obyektiv mövqe tutması, istər-istəməz qıcıq yaradır. Təcrübəmə əsaslanıb, idman qurumlarında vəzifə daşıyan insanlarla görüşdə, əksər rəhbər vəzifə tutan şəxslərə qarşı tənqid və qərəzdə, mətbuat xidmətlərinin KİV-lə düzgün iş qurmaması ilə əlaqələndiyini söyləmişəm. İndi də bu fikirdəyəm. Bundan sonra tənqidlərə və mətbuat konfranslarında kəskin suallara birbaşa məsuliyyəti Səmayə Məmmədova daşıyacaq.
İnsan mömün ola bilər. Namaz qılıb, oruc tutub, lap elə Kəbə evini ziyarət edə bilər. Amma bu onun daxili aləminin heç də saflığından xəbər vermir. Kin və bundan doğan şeytan vəsvəvəsi o şəxsi doğru yoldan azdırır. Yolunu azmışların cəzasını isə hər kəs bilir.

Səmayə Məmmədova

Həmin kateqoriyadan