- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Bakı-2015 bu gün Mingəçevir şəhərində kanoe sprinti üzrə könüllü proqramının təşviqatını aparıb. Allsport.az saytı xəbər verir ki, işlə bağlı müraciət edənləri gələn ilin yayında keçiriləcək yarışlarda köməklik etməyə və Azərbaycanı dünyada tanıtmağa həvəsləndirmək məqsədi ilə Bakı-2015 komandasının rəhbər işçiləri Avropa Oyunlarının təqdimatını keçiriblər. Gənclər və İdman Nazirliyindən olan rəsmi şəxslər də Mingəçevir Politexnik İnstitutunda keçirilmiş təqdimatda iştirak ediblər.
1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə belə deyib: “Bakı-2015-in könülləri idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək etməklə, 1-ci Avropa Oyunlarının canlanması və maraqlı olması baxımından çox əhəmiyyətlidirlər. Bu böyük idnam bayramı bütün Azərbaycana fayda gətirəcək, ona görə də, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması bizim üçün olduqca vacibdir.”
Mingəçevir öz su anbarları ilə məşhurdur. Orada üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda suya baş vuracaq. Ümumilikdə, 12 Baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışı (yalnız kişilər arasında) keçiriləcək.