- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Dünyanın aparıcı enerji içkiləri istehsalçısı olan “Red Bull” 166 ölkədə məhsullarını satışa çıxarır. Allsport.az xəbər verir ki, ilk Avropa Oyunları zamanı şirkət enerji içkilərindən hazırlanan təkrarolunmaz dada malik məhsulunu, həmçinin sosial media ilə bağlı yeniliyini təqdim edəcək.
“Red Bull”un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, “Bakı-2015″i dəstəkləmək üçün Birinci Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcəklər.
“Red Bull” bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Avropa Oyunlarına bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şosse velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3×3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur diceylərlə görüşlərin təşkili də daxildir. “Red Bull”, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu xüsusda deyib: “Red Bull” dünyaca məşhur brenddir və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına fərqli üslubları ilə dəstək verəcəklər. Şirkət həm də Azərbaycanda bir sıra tədbirlərin həyata keçirilməsində əldə etdiyi uğurlu nəticələrlə öyünə bilər. Artıq “Red Bull”da idman tarixinə qızıl hərflərlə yazılacaq Avropa Oyunlarını dəstəkləyən və tərəfdaşlıq edən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətlərinin sırasına qoşulur”.
“Red Bull” Azərbaycanda tədbirlərin təşkil edilməsi və tanıdılması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Son olaraq, 2014-cü ildə «Thre3style» dünya dicey çempionatının final mərhələsini və İohan Sebastyan Baxın əsərləri ilə breyk dansla müasir baletin sintezindən ibarət “Flying Bach” tədbirini reallaşdırmışdı. Bakı hər iki yarış üzrə dünya turnirlərinin son dayanacağı oldu və bir neçə gecə bu tədbirlərə ev sahibliyi etdi.