- Baxış sayı: 1768
- 09 İyun 2017 11:22
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
UNİCEF və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirmək üçün əməkdaşlıq edəcək. Allsport.az xəbər verir ki, UNİCEF və “Bakı-2015” Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artırmaq məqsədilə martın 16-da tərəfdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier tərəfindən imzalanıb.
Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında onların rolunu gücləndirir.