- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Yasamal Rayon Gənclər və İdman İdarəsi Bakı-2015-ə 100 gün qalması və 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirib. Allsport.az xəbər verir ki, tədbir Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin birinci Avropa Oyunlarına həsr edilən rəsm işlərindən ibarət sərgiyə baxışla başlayıb. Sonra birinci Avropa Oyunlarından bəhs edən film nümayiş olunub.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılan addımlardan söz açıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdarə rəisi bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının böyük tarixi hadisə olduğunu xatırladıb. Qeyd olunub ki, ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır.
Gəncləri bayram günü münasibətilə təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyətdir.
Digər çıxışlarda paytaxt və regionlarda gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa idman ailəsinin ölkəmizə göstərdiyi etimadın təməlində idmançılarımızın həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında uğurları da böyük rol oynayıb. Sonda bir qrup idmançıya Yasamal Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.