- Baxış sayı: 91
- 05 Dekabr 2025 13:13
- Baxış sayı: 91
- Dekabr 05, 2025
- 0

21 iyun – 2 iyulda Polşada 3-cü Avropa oyunlarında qılıncoynatma üzrə millinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 39 ölkədən 467 idmançının qatılacağı yarış şəxsi və komanda üzrə keçiriləcək. Rəqabət 25-30 iyunda olacaq.
Sablyaçı qadınlarda ölkəmizi Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç; kişilərdə Saleh Məmmədov, Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli və şpaqada Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov təmsil edəcəklər.