- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi, Dünya Karate Federasiyası (WKF) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmiləri arasında mötəbər yarışla bağlı Bakıda növbəti görüş keçirilib. Allsport.az xəbər verir ki, “Bakı 2015” Avropa Oyunlarında karate yarışlarının meneceri Dmitri Çiqenev və WKF-nin Təşkilat Komissiyasının sədri Esteban Perez karate yarışlarının təşkili ilə bağlı ətraflı müzakirə aparıblar.
Görüşdə birinci Avropa Oyunlarında karate yarışları günlərində fəaliyyətin detalları müzakirə edilib, son hazırlıq işlərindən danışılıb. AMKF-nin prezidenti Yaşar Bəşirov və baş katib Mir-Cabbar Seyidov da görüşdə iştirak ediblər.WKF-nin Təşkilat Komissiyası sədrinin Bakıya səfəri sabah başa çatacaq.