- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı-2015 ilk Avropa Oyunlarının velosiped idmanı üzrə “Ulduz Elçi”si, tanınmış teleaparıcı İlkin Həsəni bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasında qonaq olub. Allsport.az xəbər verir ki, “Ulduz Elçi” AVIF-in baş katibi Fərhad Əliyevlə görüşüb.
Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı İlkin Həsəniyə ətraflı məlumat verən baş katib, məsul yarışın təbliğat işlərində “Ulduz Elçi”lərin fəaliyyətini yüksək qiymətləndirib. O, oyunlarda Azərbaycanın idman şərəfini 9 velosipedçinin qoruyacağını deyib.
Qeyd edək ki, Avropa Oyunlarının proqramına velosiped idmanının şosse (qrup və fərdi ötüşmə), MTB (dağ velosipedi) və BMX (velo motokross) növləri daxildir. AVIF-in baş katibi yarışların keçiriləcəyi idman qurğularındakı son durumla bağlı “Ulduz Elçi”nin suallarını cavablandırıb, həmçinin Respublika Velotrekindəki yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.
Avropa Oyunlarına qədər bütün ictimai və təbliğat işlərində böyük qürur hissi ilə iştirak edəcəyini deyən İlkin Həsəniyə görüşün sonunda AVIF-in xatirə hədiyyələri təqdim edilib.