Avropada 5-ci het-trik

Azərbaycanı Avropa liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Çelye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

Allsport.az xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo çempionlar liqasında, Ernest Nforla Teo Uiks Avropa liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

2000/01 mövsümü, çempionlar liqası

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2014/15 mövsümü, Avropa liqası

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/16 mövsümü, Avropa liqası

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2024/25 mövsümü, Çempionlar liqası

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) – 5:0

2025/26 mövsümü, Avropa liqası

Coy Lens Mikels – 17.07.2025. “Çelye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa liqası ilə vidalaşıb və konfrans liqasında mübarizə aparacaq.

Həmin kateqoriyadan