- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Barselona” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Napoli” ilə səfərdə 1:1 hesablı heç-heçə edib.
Allsport.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi komandasının çıxışını dəyərləndirib:
“Məndə acı bir hiss var, bu pis nəticə deyil, amma düşünürəm ki, oyunda qalib gəlməliydik. Çoxlu şanslar yaratdıq və çox yaxşı oyun modeli seçdik. Bu cür oynasaq, 1/4 finala çıxmaq şansımız çoxdur.
Mən Avropada göstərdiyimiz performansla fəxr edirəm. Bizdə bu yetkinlik çatışmır. Biz o dominantlıq, sakitlik, pauza hissi üçün darıxırıq… Amma oyuna gəlincə, hesab edirəm ki, ümumilikdə bu gün çox yaxşı çıxış etdik.
Təbii ki, məyus oldum. Xüsusilə birinci hissədə əla oyun göstərdik. İkinci hissəyə Robertin qolu ilə yaxşı başladıq, lakin cavab qolunu buraxmaq pis oldu. Oyuna nəzarət edirdik. Çox heyif”.