Avropanın ilk «dördilliy»i dərs müddətini qısaldıb

1-ci Avropa Oyunlarında Bakının tədris müəssisələrində dərs ilinin müddəti azalacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə KİV-ə təhsil nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.

Nazirlər Kabinetinin müvafiq sərəncamında bildirilib ki, 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, paytaxtda yerləşən bütün təhsil müəssisələrində dərs və imtahan sessiyasının mayın 31-dək başa çatdırılması təmin edilməlidir.

Bu məqsədlə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müəddətinin 23 həftədən 21 həftəyədək azaldılması qərara alınıb.

Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib. Bu qərar noyabrın 18-də qəbul olunub və dünəndən etibarən bütün tədris müəssisələrinə göndərilməsi təmin edilib.

Həmin kateqoriyadan