- Baxış sayı: 611
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Vyanada Avropa olimpiya komitəsinin icraiyyə komitəsinin iclası və seminarı olacaq. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.
Mayın 17-də adı ilk çəkilən idman rəsmisi İK-in toplantısına qatılacaq. İclasda AOK-un prezidenti Janez Koçijançiçin, baş katib Rafael Paqnozzinin, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberqin də iştirakı gözlənilir.
Mayın 18-19-da isə AOK-un 39-cu seminarı işə başlayacaq. Yığıncaq çərçivəsində olimpiya idman növləri, sosial inteqrasiya, qadın və idman, idmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.
Həmçinin 2020-ci il Tokio və 2024-cü il Paris olimpiya oyunlarının təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Minsk-2019 Avropa oyunları, Bakı-2019 Avropa gənclər olimpiya festivalı ilə bağlı da məruzələr dinləniləcək.
AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.