- Baxış sayı: 32
- 08 Mart 2026 11:15
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə qran prinin ikinci günündə yığmamız aktivinə daha iki medal yazdırıb.
Allsport.az xəbər verir ki, hər iki medalı cüdoçularımız 81 kq çəki dərəcəsində əldə edib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Ədalət Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Daha əvvəl Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.
Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.