- Baxış sayı: 32
- 17 Oktyabr 2024 22:25
- Baxış sayı: 75
- Oktyabr 17, 2024
- 0
Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov, Birləşmiş ümumdünya idman kempo federasiyasının Macarıstan paytaxtı Budapeştdə 26-cı dünya çempionatında qızıl medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, 27 ölkədən idmançıların iştirak etdiyi çempionatda soydaşımız Avstriyanı təmsil edən yeganə idmançı kimi tatamiyə çıxıb. “A” – veteranlar qrupunda (doğum tarixi 1986-cı ildən əvvəl) 92 kq-da bütün rəqibləri üstələyib.
Bu, azərbaycanlı idmançılar arasında həmin idman növü üzrə indiyədək ən yüksək nailiyyətdir. O, həmçinin UWSKF rəhbərliyi tərəfindən 4-cü dan qara kəmərə layiq görülüb.