- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“General Lamadrid” oyunçusu Conatan Smit alnına avtomobil açarını sancması nəticəsində xəstəxanaya yerləşdirilib.
Allsport.az xəbər verir ki, hadisə gənclər komandasının oyunu zamanı tribunada baş verib. Smitin 16 yaşlı qızı dava iştirakçıları arasında olub. O, sevgilisini qorumaq üçün davaya müdaxilə edib. Bir anda Smitə avtomobil açarı ilə zərbə endirilib və nəticədə açar alnına ilişib qalıb.
Smit xəstəxanaya aparılıb və əməliyyat olunub. Açar təxminən 12 saat alnında ilişib qalıb.
Polis 40 yaşlı şübhəlini saxlayıb və onun avtomobili müsadirə edilib.