“Ayaks” ukraynalı ilə güclənir

Ukraynalı müdafiəçi Oleksandr Zinçenko karyerasını Niderlandda davam etdirməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, müqavilə ilə “Arsenal”a məxsus olan və hazırda “Nottingem Forest”də icarədə çıxış edən futbolçu “Ayaks”a keçmək üçün dünən Amsterdama yola düşüb. Zinçenkonun yaxın iki gün ərzində tibbi müayinədən keçərək Amsterdam təmsilçisi ilə icarə müqaviləsi imzalayacağı gözlənilir.

Cari mövsümdə 10 matçda meydana çıxan 29 yaşlı müdafiəçi məhsuldarlıqla yadda qalmayıb. Hazırda Niderland çempionatında 3-cü pillədə qərarlaşan “Ayaks” Zinçenkonun təcrübəsindən yararlanaraq müdafiə xəttini gücləndirməyi hədəfləyir.

Həmin kateqoriyadan