- Baxış sayı: 31
- 08 Dekabr 2025 13:25
- Baxış sayı: 109
- Dekabr 08, 2025
- 0

“Qarabağ”ın çempionlar liqasının əsas mərhələsinin VI turunda “Ayaks”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, dekabrın 10-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüşə Sloveniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Rade Obrenoviç idarə edəcək. Yure Praprotnik və Qreqa Kordej baş hakiminin köməkçiləri olacaqlar. Mateo Tozan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Matey Yuq və Alen Boroşak olacaqlar.
Çempionlar liqası
VI tur
10 dekabr
21:45. “Qarabağ” – “Ayaks”
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)
Tofiq Bəhramov adına respublika stadionu