- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Qol.az-ın baş redaktoru Aydın Bağırov “Neftçi”nin avroliqada çıxışı ilə bağlı guşə yazısı yazıb. Allsport.az saytı xəbər verir ki, həmkarımız orada “xalq komandası”nın uğursuzluğuna izah verib və tənqid edib. O, haqlı olaraq, bayraqdarın məhz prezident Sadıq Sadıqovun dönəmində çox bacarıqlılı olduğunu qeyd edib. Sitat:
“Bir klubun uğuru, əlbəttə, təkcə onun baş məşqçisindən deyil, həm də prezidentindən, idarəetmə sistemindən asılıdır. 2012-ci ili yadınıza salın. O vaxtkı prezident Sadıq Sadıqovun komandaya, məşqçilərə təsiri imkanı, bütün kollektiv arasında nüfuzu o qədər yüksək idi ki, “Neftçi” məhz onun rəhbərliyi və əlbəttə, rəhmətlik Böyükağa Hacıyevin baş məşqçiliyi ilə fikrimcə, futbol tariximizin ən yüksək uğuruna nail oldu.
İlk dəfə Avropa liqasının qrupuna düşdü. Davamlı çempionluqların, Avropadakı uğurun səbəbi Sadıqovun qurduğu sistemdə idi. Düzdür, olurdu ki, “Neftçi”dəki bu idarəetmə bəzən futbol ictimaiyyətində haqlı narazılıqlar da yaradırdı. Amma bütün bunlar həqiqəti dəyişdirmir. “Neftçi” məhz Sadıqovun dövründə tarixinin ən yüksək nəticəsini qazandı. Bu, həm də onunla əlaqədar idi ki, “Neftçi”ni idarə edən cəmi bir nəfər idi: Sadıq Sadıqov.
İndiki və onun personalı isə (strateji vəzifədə olanlar) işlərini öz iradələrinə uyğun qura bilmirlər, bilməyəcəklər də. Çünki onlar idarə edən deyil, idarə olunan kuklalardır. Elxan Məmmədovdan başlayaraq üzüaşağı AFFA-dan gələn bütün tapşırıqlar əsasında. Və təəssüf ki, belə idarəetmənin ağır zərbəsi həlledici məqamlarda tarixi ənənəsi olan komandaya da dəyə bilir”.