- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu (0:0) şərh edib. Allsport.az xəbər verir ki, o, bunu söyləyib:
“Kubok oyunu başqa ab-havadır. Həm çempionatda, həm kubokda mübarizə aparmalıyıq. Bu gün heyətdə çoxlu dəyişikliklər etmişdim. Mən bütün futbolçularıma inanıram. Onlara təşəkkür edirəm, bu gün yaxşı mübarizə apardılar. Sıx qrafik var, çalışacağıq sona qədər mübarizə aparaq.
Digər komandanın əvəzetməsinə fikir bildirmək istəmirəm. Hər komandanın öz daxili işi var. Bu, futboldur. Qurban müəllim mənə görə Azərbaycanın ən yaxşı baş məşqçisidir. Ondan çox şey öyrənmişik. “Qarabağ”ın gərgin olduğunu bilirdik. Zədəliləri var.
Lakin biz heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik. Ötən oyunda Əli Qurbaniyə sərt müdaxilə olmuşdu. “Qarabağ”la oynayırsan, “Qarabağ” küsür, “Neftçi” ilə oynayırıq, onlar küsür. “Neftçi”ni uduruq, onlara qarşı qəsdlə aqressiv olduğumuzu deyirlər. Bəs biz nə edək? Bəlkə, onlar öz aralarında oynasın? Zubirə bilə-bilə müdaxilədən söz gedə bilməz. Biz heç baxt bu fikirdə olmamışıq
Qurban müəllim qəzəbli olub, başa düşmək olar. Heç kim mənə bu haqda heç nə deyə bilməz. Heç kimin məni ittiham etməyə cürəti çatmaz. Kim bizə nəyi sifariş edə bilər? Bizim də zədəlilərimiz olub. Bir müddət komandada koronavirusa yoluxma çoxaldı. Onda heç kim bizə dəstək olmadı, heç kim çıxıb demədi ki, “Sumqayıt”a kömək olaq. İndi Qurban Qurbanovun qərəzli şəkildə nəsə dediyini düşünmürəm, ona böyük hörmətim var. Sadəcə, qəzəbli olub.”.