- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 11-ci turunda səfərdə “Sabah”a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.. Allsport.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bu oyun bizim üçün kritik idi. Turnir cədvəlində yerimizi dəyişə – ya yuxarı çıxa, ya da aşağı düşə bilərdik. İstəyirdik ki, motivasiyamızı saxlayaq. Rəqibi düzgün təhlil etmişdik. İlk 20 dəqiqədə qol vurmalıydıq. Rəqibin ən güclü silahı əks-hücumlar idi və ondan da qol vurdular. Sonra oyundan düşmə oldu. İkinci hissədə nələrisə dəyişməliydik və bu, reallaşdı. İstədiyimiz “Sumqayıt”ı gördük. Çempionatda gücümüz nəyə çatacaq, mübarizə aparacağıq. Çempionatın əvvəlində qol imkanlarımız çox az olurdu. Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk”.