Ayxan Abbasovla Saşa İliçə sərt cəza

AFFA intizam komitəsi “Şamaxı” – “Sumqayıt” (1:2) oyununda baş verənlərlə bağlı qərar qəbul edib.

Allsport.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı Saşa İliç rəqib komandanın texniki zonasında qeyri etik və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya olunub.

“Sumqayıt” isə serb mütəxəssisin davranışına görə 10 000 manat məbləğində xərcə düşüb.

İliçin bu hərəkətinə aqressiv şəkildə reaksiya verən Ayxan Abbasov isə 1 oyunluq cəzalanıb. Şamaxı təmsilçisi baş məşqçisinə görə 2000 manat cərimə ödəyəcək.

Həmin kateqoriyadan