- Baxış sayı: 591
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0
MOK-un baş katibinin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin olimpiya festivalı komissiyasının üzvü seçilib.
Allsport.az saytı xəbər verir ki, Serbiya paytaxtı Belqradda seminarda AOK-un müxtəlif komissiyalarının dörd illik fəaliyyətinə yekun vurulub. Növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin və rəhbərliyinin seçkisi olub.
Tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un icraiyyə komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil ediblər.