- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

Rusiya premyer liqasında 19-cu turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə “Axmat”a 1:0 hesabı ilə qalib gəlib.
Azər start heyətdə meydana çıxıb və sonadək oynayıb. Əliyev 10-cu dəqiqədə komandasına 3 xal qazandıran qolu vurub. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmanın ən yaxşısı seçilib.
“Ufa” 25 xalla 16 kollektiv arasında 7-cidir.