- Baxış sayı: 35
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinin son turunun oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.
Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “Qarabağ”la “Qəbələ” təmsil edirdi. Qəbələlilər son turda doğma meydanda Rusiya “Krasnodar”ı ilə qarşılaşdı və 0:3 hesablı məğlubiyyətlə üzləşdi. Ağdamlılar isə səfərdə Belçika “Anderlext”i ilə qarşılaşdı və 1:2 hesablı məğlubiyyətə üzüldü. Nəticədə, klublarımız Avroliqanın cari mövsümündəki son oyunlarında Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirə bilmədilər.
Beləcə, Azərbaycan bu avrokuboklar mövsümünü UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədə başa vurdu. Azərbaycanın hesabında 14.875 reytinq xalı var ki, onun da 4.375 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.750, “Qəbələ” – 1.625, “İnter” – 0.750, “Neftçi” – 0.250).
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilirdi.
Sonda onu da diqqətinizə çatdıraq ki, Azərbaycan növbəti avrokuboklar mövsümünə 13.500 xalla 54 ölkə arasında 24-cü pillədə başlayacaq. Hazırkı 14.875 xaldan 2011/12 mövsümündə qazandığımız 1.375 xal çıxılacaq.
# | Ölkə | 11/12 | 12/13 | 13/14 | 14/15 | 15/16 | r.xalı | klub |
1 | İspaniya | 20.857 | 17.714 | 23.000 | 20.214 | 13.500 | 95.285 | 7/ 7 |
2 | Almaniya | 15.250 | 17.928 | 14.714 | 15.857 | 11.571 | 75.320 | 6/ 7 |
3 | İngiltərə | 15.250 | 16.428 | 16.785 | 13.571 | 10.625 | 72.659 | 6/ 8 |
4 | İtaliya | 11.357 | 14.416 | 14.166 | 19.000 | 10.333 | 69.272 | 5/ 6 |
5 | Fransa | 10.500 | 11.750 | 8.500 | 10.916 | 9.583 | 51.249 | 3/ 6 |
6 | Portuqaliya | 11.833 | 11.750 | 9.916 | 9.083 | 8.500 | 51.082 | 4/ 6 |
7 | Rusiya | 9.750 | 9.750 | 10.416 | 9.666 | 11.300 | 50.882 | 3/ 5 |
8 | Ukrayna | 7.750 | 9.500 | 7.833 | 10.000 | 6.800 | 41.883 | 2/ 5 |
9 | Belçika | 10.100 | 6.500 | 6.400 | 9.600 | 6.600 | 39.200 | 2/ 5 |
10 | Hollandiya | 13.600 | 4.214 | 5.916 | 6.083 | 5.416 | 35.229 | 1/ 6 |
11 | Türkiyə | 5.100 | 10.200 | 6.700 | 6.000 | 5.400 | 33.400 | 2/ 5 |
12 | İsveçrə | 6.000 | 8.375 | 7.200 | 6.900 | 4.500 | 32.975 | 2/ 5 |
13 | Çexiya | 5.250 | 8.500 | 8.000 | 3.875 | 5.700 | 31.325 | 1/ 5 |
14 | Yunanıstan | 7.600 | 4.400 | 6.100 | 6.200 | 5.400 | 29.700 | 1/ 5 |
15 | Rumıniya | 4.333 | 6.800 | 6.875 | 5.125 | 2.250 | 25.383 | 4 |
16 | Avstriya | 7.125 | 2.250 | 7.800 | 4.125 | 3.800 | 25.100 | 1/ 5 |
17 | Xorvatiya | 3.750 | 4.375 | 4.375 | 6.875 | 4.500 | 23.875 | 4 |
18 | Polşa | 6.625 | 2.500 | 3.125 | 4.750 | 5.500 | 22.500 | 4 |
19 | Kipr | 9.125 | 4.000 | 2.750 | 3.300 | 3.000 | 22.175 | 4 |
20 | Belarus | 3.125 | 4.500 | 1.750 | 5.500 | 5.125 | 20.000 | 4 |
21 | İsveç | 2.900 | 5.125 | 3.200 | 3.900 | 4.750 | 19.875 | 4 |
22 | Norveç | 2.300 | 4.900 | 2.600 | 2.200 | 6.750 | 18.750 | 1/ 4 |
23 | İsrail | 6.000 | 3.250 | 5.750 | 1.375 | 2.250 | 18.625 | 4 |
24 | Danimarka | 3.100 | 3.300 | 3.800 | 2.900 | 5.000 | 18.100 | 1/ 4 |
25 | Şotlandiya | 2.750 | 4.300 | 3.250 | 4.000 | 3.000 | 17.300 | 4 |
26 | Azərbaycan | 1.375 | 3.000 | 2.500 | 3.625 | 4.375 | 14.875 | 4 |
27 | Serbiya | 2.125 | 3.000 | 2.500 | 2.750 | 4.250 | 14.625 | 4 |
28 | Qazaxıstan | 1.625 | 1.375 | 3.125 | 3.375 | 4.625 | 14.125 | 4 |
29 | Bolqarıstan | 1.500 | 0.750 | 5.625 | 4.250 | 1.000 | 13.125 | 4 |
30 | Sloveniya | 2.250 | 3.250 | 2.625 | 4.000 | 1.000 | 13.125 | 4 |
31 | Slovakiya | 2.375 | 1.500 | 1.625 | 2.750 | 3.750 | 12.000 | 4 |
32 | Lixhtenşteyn | 2.000 | 0.000 | 1.000 | 2.500 | 5.000 | 10.500 | 1 |
33 | Macarıstan | 2.250 | 3.000 | 0.875 | 2.125 | 1.625 | 9.875 | 4 |
34 | Moldova | 0.500 | 2.250 | 3.375 | 1.750 | 1.250 | 9.125 | 4 |
35 | İslandiya | 1.375 | 1.250 | 2.500 | 2.500 | 1.125 | 8.750 | 4 |
36 | Gürcüstan | 2.875 | 1.500 | 1.875 | 1.250 | 0.625 | 8.125 | 4 |
37 | Finlandiya | 1.500 | 2.000 | 0.500 | 2.400 | 1.000 | 7.400 | 4 |
38 | Bosniya | 1.125 | 1.250 | 1.500 | 1.750 | 1.500 | 7.125 | 4 |
39 | Albaniya | 0.875 | 0.750 | 2.000 | 0.875 | 2.125 | 6.625 | 4 |
40 | Makedoniya | 1.625 | 1.250 | 0.500 | 1.125 | 1.500 | 6.000 | 4 |
41 | İrlandiya | 1.500 | 1.000 | 0.250 | 2.000 | 0.700 | 5.450 | 5 |
42 | Latviya | 0.625 | 1.250 | 1.625 | 0.250 | 1.625 | 5.375 | 4 |
43 | Lüksemburq | 1.125 | 1.375 | 1.500 | 0.500 | 0.750 | 5.250 | 4 |
44 | Çernoqoriya | 0.500 | 1.375 | 1.250 | 0.750 | 1.000 | 4.875 | 4 |
45 | Litva | 1.000 | 1.125 | 1.250 | 0.500 | 0.750 | 4.625 | 4 |
46 | Şim. İrlandiya | 0.500 | 1.000 | 0.875 | 1.375 | 0.750 | 4.500 | 4 |
47 | Estoniya | 0.375 | 0.375 | 1.000 | 1.500 | 1.000 | 4.250 | 4 |
48 | Ermənistan | 0.125 | 0.875 | 1.125 | 0.375 | 1.625 | 4.125 | 4 |
49 | Farer adaları | 0.500 | 0.500 | 0.875 | 1.375 | 0.375 | 3.625 | 4 |
50 | Malta | 0.833 | 0.875 | 0.875 | 0.125 | 0.875 | 3.583 | 4 |
51 | Uels | 0.625 | 0.500 | 0.750 | 0.125 | 1.500 | 3.500 | 4 |
52 | Cəbəllütariq | 0.000 | 0.000 | 0.000 | 0.250 | 0.750 | 1.000 | 2 |
53 | Andorra | 0.000 | 0.000 | 0.333 | 0.500 | 0.166 | 0.999 | 3 |
54 | San Marino | 0.000 | 0.000 | 0.333 | 0.000 | 0.000 | 0.333 | 3 |