“Azərbaycan aqressiv idi”

Fransa seçməsi dünya çempionatının qrup ələməsində Bakıda meydan sahiblərinə 3:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Didye Deşam bunu dedi:

“İlk hissə çətin oldu, Azərbaycan aqressiv idi. Açığı, bunu gözləmirdik. Məqsədimiz işi uğurla sonlandırmaq idi. Sonradan toparlanıb qollar vurduq. Rəqib özünə qapansa da, hücumda təhlükəli idi.

30 il öncə futbolçu kimi çıxış etmişəm. Üstündən çox illər keçib. Mən kiçik ölkələrin futbol millilərinə hörmətlə yanaşıram. “Qarabağ” klubu avrokubokda uzun müddətdir uğurlu çıxış edir”.

Həmin kateqoriyadan