- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan ağırlıqqaldırını Valentin Xristov Tiflisdə keçirilən Avropa çempionatında qızıl medala sahib olub. Allsport.az xəbər verir ki, Valentin Xristov (62 kq) “A” qrupunda mübarizə aparıb.
O, birdən qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib. İdmançımız təkanla qaldırmada ilk cəhddə 160 kiloqramın öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici olub.
Valentin Xristov hər 2 hərəkətidə 1-ci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, dopinq cəzasına 2 il disflikasiya olan titullu ağırlıqqaldırın cəzası bu yaxınlarda başa çatıb. Millimizin çıxışlarını izləyən münsiflər heyətində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.
Çempionat aprelin 18-dək davam edəcək və aprelin 13-də Azərbaycanın qadın atleti Boyanka Kostova 53 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq.