Azərbaycan atletlər komissiyası hansı mövzuları nəzərdən keçirdi?

Beynəlxalq olimpiya komitəsinin xartiyası əsasında milli olimpiya komitəsinin nəzdində yaradılmış Azərbaycan atletlər komissiyasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşdə Rüstəm Orucov (cüdo), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika) və Rəsul Çunayev (yunan-Roma güləşi) iştirak ediblər.

Toplantını komissiyanın sədri Rüstəm Orucov açıb. Hazırda təlim-məşq toplantışları üzündən bütün üzvlər qatıla bilməyiblər. Yığıncaqda bədii gimnast Zöhrə Ağamirovanın komissiyaya yeni seçildiyi və Fəridə Əzizovanın sədr müavini təyin olunduğu bildirilib. Görüşdə aşağıdakı mövzular müzakirə olunub.

1. Növbəti görüşlərin tarixləri
2. AAK-a yeni üzvlərin seçilməsi
3. AAK-ın sosial media hesablarının açılması və fəal şəkildə istifadə olunması
4. İl sonuna kimi AAK-ın logosunun yaradılması
5. İl sonuna kimi olimpiya idman növləri üzrə hər federasiyadan olan idmançılar ilə ümumi görüşün təşkil olunması

Həmin kateqoriyadan