- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Azərbaycan birinci Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin son mərhələsini icra edir”. Allsport.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Vitse-prezident bildirib ki, artıq Avropa Oyunlarına hazırıq və idman qurğularının bir çoxu istifadəyə verilib. Test yarışları keçirilir. Aprel ayında da boks və güləş üzrə test yarışları keçiriləcək. Üzgüçülük hovuzu tam hazırdır, aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Olimpiya kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işimiz bu oyunlara Azərbaycan tamaşaçılarının cəlb edilməsidir.
MOK rəsmisi I Avropa Oyunlarında iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanmasına da münasibət bildirib. Ç. Hüseynzadə qeyd edib ki, bu cür idman yarışlarının hamısında idmançıların xərcləri Təşkilat Komitəsi tərəfindən həyata keçirilir: “Bu, bütün müqavilələrdə də əks olunub. Azərbaycan da təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, istər bilet satışı, istər televiziyalarla bağlı gəlirlər Azərbaycana məxsus olacaq. Belə olduğu halda, oyunlardan əldə olunan bütün gəlirləri heç bir tərəflə bölünməyəcək və Azərbaycana qalacaq”.
Vitse-prezident bildirib ki, Olimpiya stadionunun tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda stadion ətrafında abadlaşdırma işləri aparılır.