Azərbaycan badmintonu tarixində ilk

İlk dəfə Azərbaycan badmintonu tarixində airbadminton üzrə federasiya kuboku keçirilib. 

Allsport.az xəbər verir ki, dünya badminton federasiyası, gənclər və idman nazirliyi və Azərbaycan badminton federasiyasının birgə təşkilatçılığı ilə qarışıq qoşa kateqoriyası üzrə açıq havada airbadminton yarışı təşkil olunub. 

Bakı Avropa oyunları parkında keçirilən yarışın qalibi Cahid Əlhəsənov – Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev – Nigar Səmədova qoşası ikinci, Teymur Abbasov – Zülfiyyə Abbasova ilə Əli Gözəlov və Fatimə Həsənzadə isə bürünc medala layiq görülüb.

5 iyul – ümumdünya badminton gününə həsr olunan federasiya kubokunun qalibləri diplom medal və hədiyyələrlə təltif olunublar.

Həmin kateqoriyadan