Azərbaycan badmintonu tarixində ilk

Dünya badminton federasiyasının (BWF) açıqladığı yeni əmsal siyahısında 6 badmintonçumuz 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.

Allsport.az xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb.

Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır. Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə qərarlaşıb: Ülvi Hüseynov yeniyetmə oğlanların dünya üzrə şəxsi reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızlarda 53-cü sıradadır.

Həmin kateqoriyadan