Azərbaycan çempionatı başa çatdı

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub. Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB oyunlarında mübarizə aparacaqlar.

MDB oyunlarında avarçəkmə yarışları “Kür” olimpiya tədris-idman mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.

Həmin kateqoriyadan