- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurdular. Allsport.az xəbər verir ki, kişilər arasında beş çəki dərəcəsindən üçünün finalında tatamiyə çıxan idmançılarmızdan Rafael Ağayevlə (75 kq), Niyazi Əliyev (-67 kq) qızıl medala, Ayxan Mamayev isə (-84 kq) gümüş mükafata sahib oldu. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşadılar.
Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda həlledici görüşdə tanınmış fransız idmançısı, dəfələrlə dünya və avropa çempionatlarının mükafatçısı Min Duk Vu Dak səddini aşa bilməsə də ilk beşlikdə yer aldı. Bu nəticə ilə Azərbaycan 18 medal qazana bilən ölkə arasında ümumi hesabda hələlik 3-cü yerdədir. Ümumilikdə avropa çempinatına 47 ölkədən 433 idmançı qatılıb.
22 martda komanda yarışlarının mükafatçıları məlum olacaq. Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamovdan ibarət komandamız bürünc medal uğrunda Almaniya milli komandası ilə mübarizəyə çıxacaq. Nəticələr və görüşlərin video yayımı rəsmi sayt vasitəsilə təqdim ediləcək. Yarışdan şəkillərə federasiyanın rəsmi “Facebook” səhifəsindən baxa bilərsiniz.