Azərbaycan çempionatının ümumi fondu

Bakıda şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarış dekabrın 4-dən 8-dək təşkil olunacaq yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Çempionatda kişilər arasında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər.

Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Həmin kateqoriyadan