Azərbaycan çempionu “Bornmut”un qapıçısını transfer edib

“Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu İngiltərə premyer liqa təmsilçisi “Bornmut”dan bosniya və hersoqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.

32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.

Həmin kateqoriyadan