Gənclər və idman nazirliyinin 30-illiyində Azərbaycan olimpiyaçılarının 50-ci yubiley medalı!

Cüdoçumuz Hidayət Heydərov Paris-2024-də 73-kq-da fəxri kürsünün zirvəsinə çxıb. Allsport.az saytı xəbər verir ki, bu, Azərbaycanın yay olimpiya oyunları tarixində 50-ci medalı olub.

Atlanta-1996-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5, Pekin-2008-də 6, London-2012-də 9, Rio-2016-da 18 və Tokio-2020-də 7 mükafat qazanılıb.

Yunan-Roma güləşçisi Vitali Rəhimov (Pekin-2008) ilə ağırlıqqaldıran Valentin Xristovda (London-2012) illər sonra müəmmalı şəkildə dopinq tapıldığından, medal sayımız azalıb.

Həmin kateqoriyadan