- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

2026-cı ilin oktyabrında Bakı su idmanı sarayı üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə – “Silk Way” (İpək Yolu) dünya kubokuna ev sahibliyi edəcək.
Allsport.az xəbər verir ki, Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev və beynəlxalq su idman növləri federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabrında dünya kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
“Silk Way” dünya kubokunun ilk mərhələsi məhz Bakıda təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək.