- Baxış sayı: 87
- 15 Dekabr 2025 16:49
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, yığmamız “Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Elnur Süleymanov və İlkin Sadıqov vurub.