“Azərbaycan futbolunda yaxşı pul var idi”

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Alvaro Silva Azərbaycanda oynadığı vaxtları xatırlayıb. Allsport.az xəbər verir ki, hazırda Tailandın “Suphanburi” komandasında çıxış edən ispaniyalı müdafiəçi bunu söyləyib:

“Azərbaycan ekzotik ölkədir. Orada çıxış etdiyim vaxt futbolda yaxşı pul var idi. Klub paytaxt Bakıdan uzaqda məskunlaşsa da, şəraiti yaxşı idi. Onda Toni Doblas da “Xəzər Lənkəran”da çıxış edirdi. Komandanın baş məşqçisi isə Con Benjamin Toşak idi. Həmin kollektivlə Azərbaycanda Super Kuboku qazandıq”.

Alvaro Silva 2013/2014 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.

Həmin kateqoriyadan