Titullu güləşçimiz antidopinq qaydasını pozduğu üçün cəzalanıb

Allsport.az saytı xəbər verir ki, Sabir Cəfərovun idmançının nümunəsində qadağan edilmiş maddə – onun metabolitləri və ya markerləri aşkar edilib. Eyni zamanda, sənəddə idmançı tərəfindən qadağan edilən maddədən və ya qadağan edilən üsuldan istifadə cəhdinin olduğu qeyd edilib.

Qərara əsasən, sərbəst güləşçi 48 ay müddətinə diskvalifikasiya olunub. Sanksiyanın icrasına 1 sentyabr 2025-ci il tarixindən başlanılıb və 31 avqust 2029-cu il tarixinədək qüvvədə olacaq.

O, 60 kq çəkidə U-17 Avropa birinciliyinin qızıl medalşısı (2019), 70 kq-da U-20 qitə çempionatının gümüş mükafatçısıdır (2022).

Həmin kateqoriyadan