Azərbaycan idmançıları 1 ay ərzində 50-dən çox medal qazanıblar

“Fevral ayı Azərbaycan idmanı baxımından uğurlu oldu. Ay ərzində Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda atletika, batut gimnastikası, bədii gimnastika, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, qılıncoynatma, taekvondo, karate, sumo və digər idman növlərində 50-dən çox medal qazanıblar”.

Allsport.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov fevral ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

O, ənənəvi olaraq, olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşlərin davam etdiyini bildirib: “Ötən ay təşkil olunan görüşdə 2020-2024-cü illər üçün Beynəlxalq olimpiya komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları, “Paris-2024” yay olimpiya oyunlarına, eləcə də üçüncü Avropa oyunlarına hazırlıq məsələləri, yarışların təşkili üzrə Texniki Reqlament və digər çoxsaylı məsələləri müzakirə etdik. Daha bir görüşümüz hər ay davam edən, beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə oldu, onları dinlədik, yarışlar və qarşıdakı planlar barədə fikir mübadiləsi apardıq”.

Həmin kateqoriyadan