Azərbaycan idmançıları keçiddə

Aprelin 5-də Serbiyanın Zlatibor şəhərində İSF U15 gimnaziada idman oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Azərbaycan bayrağını yunan-Roma güləşçisi, Avropa çempionu Qurban Məcnunov və boksçu, qitə birinciliyinin mükafatçısı Kəmalə Həsənova daşıyıblar.

Tədbirdə Serbiyanın gənclər və idman naziri Zoran Qayiç, beynəlxalq məktəb idmanı federasiyasının prezidenti Yusif Belqasmi və Serbiya məktəb idmanı federasiyasının prezidenti Zelijko Tanaskoviç və digər rəsmi şəxslər çıxış ediblər.

Azərbaycan komandası adından gənclər və idman nazirliyinin əməkdaşı Nailə Xanlarova feyr-pleylə bağlı çıxış edərək idmançıların ədalətli və mehriban şəkildə mübarizə aparacağına söz verib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Həmin kateqoriyadan

azenrutr