FOTO
Azərbaycan idmanı tənəzzüldə: mükafatçılar öz qənimətlərini hərracda satırlar

2023-cü il sona çatmaq üzrədir. Gələn ay idmanın fəaliyyətinə qiymət veriləcək. Gənclər və idman nazirliyi sorğu ilə ilin nominasiyaları üzrə qaliblərini elan edəcək, qazanılan nəticələr açıqlanacaq. Açığı, bu mövsüm də ölkə idmanı üçün elə də yadda qalan olmayıb. 2019-cu ildən bu yana olimpiya proqramında qızıl medalın qazanılmaması və lisenziyaların sayının cəmi 8-dən ibarət olması, Paris-2024-də Azərbaycan millisinə indidən çətin olacağını xəbər verir.

Peşəkar idmanın bədən tərbiyəsinə çevrilməsi, məktəblərdə yuxarı siniflərdə dərs yükünün çox olmasından dolayı, əsgərlik yaşı çatdıqda, hərbi xidmətdə ola-ola millidə məşqlərini davam etdirə bilməməsi, gənclər və idman nazirliyinin indiki qərəzli rəhbərliyinin buna biganə qalması, yeniyetmə nəsilə ağır zərbə vurur. Los Anceles-2028-də durumun daha acınacaqlı olacağı gözlənilsə də, bu gedişlə ondan sonrakı”dördilliy”ə yollanmağa ümumən idmançı tapılmayacaq. Nəinki qalsın, bir neçə bürünc medal qazanmaq ümidi. Zatən bu istiqamətdə növbəti addımın atılmasına start verilib: olimpiya oyunlarında medalı olmayan Banqladeşdən uğursuzluğun sirləri öyərilməyə başlanılıb.

Yeri gəlmişkən, uzaqgörən idmançılar artıq indidən vəziyyətlə barışıb bu sahədən birdəfəlik üzülüşərək, əldə etdikləri mükafatları hərracda satmağa başlayıblar. Müxtəlif sosial şəbəkələrin satış səhifələri hazırda onların medalları ilə doludur…

Həmin kateqoriyadan