Azərbaycan ikinci oyununda qalib gəlib, qrupdan çıxmaq şansını saxladı

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, millimiz Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da Çexiya yığması ilə qarşılaşıb.

Xatırladaq ki, millimiz ilk oyununda İtaliyaya 0:3 hesabıyla uduzmuşdu. Mərhələ adlamaq şansını saxlamaq üçün komandamız bu dəfə mümkün qədər böyük hesablı qələbə qazanmalıydı. Yaxud da istənilən hesabla qalib gəlib, italyanlarla çexlər arasında baş tutacaq son oyunda bizim üçün uğurlu olacaq nəticəyə ümid edə bilərdik. 11 qolun vurulduğu oyunda millimiz çətinliklə də olsa, qələbə qazana bilib.

AÇ-2016
D qrupu
5 fevral

Azərbaycan – Çexiya – 6:5 (4:3)
Qollar: R.Fərzəliyev, 6 (1:0). V.Borisov, 7 (2:0). Zaruba, 10 (2:1). F.D.Araujo, 12 (3:1). Holi, 12 (3:2). Reşetar, 16 (3:3). Eduardo, 20 (4:3). Novotnı, 24 (4:4). Auqusto, 27 (5:4). Kovaç, 31 (5:5). Rafael, 40 (6:5).
Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauemfeynd (Avstriya).
Belqrad. “Belqrad Arena”.

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 5. Fineo de Araujo, 9. Auqusto.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Hamazayev, 4. Ramiz Çovdarov, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.
Çexiya: 12. Qerçak, 9 Holi, 13. Yanovski, 4. Zaruba, 7. Reşetar (k).
Ehtiyat oyunçular: 16. Vahala, 2. Çupak, 3. Novotnı, 5. Hrubi, 13 Kovaç, 6. Koudelka, 8. Slovaçek, 10. Seydler, 11. Rodek.
Baş məşqçi: Tomas Noymann.

Həmin kateqoriyadan