Azərbaycan İsveçə 8 qolla qalib gəldi

Bu gün Xorvatiyanın Osiyek şəhərində dünya çempionatının seçmə mərhələsinin 2-ci qrupunun ilk turunun oyunları keçirilb. Allsport.az xəbər verir ki, sözügedən qrupda mübarizə aparan futzal üzrə Azərbaycan millisi də ilk oyununu keçirib.

Osiyek şəhərindəki “Dvorana Qradski VRT” idman kompleksində yığmamız İsveçlə qarşılaşıb. Matç millimizin böyük hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə Xorvatiya Belarusla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-nin seçmə mərhələsi
2-ci qrup

10 dekabr

Azərbaycan – İsveç – 8:2 (5:0)
Qollar: V.Borisov, 3 (1:0). Auqusto, 11 (2:0). Amadeu, 11 (3:0). V.Borisov, 15 (4:0). Fineo, 20 (5:0). K.Leqeç, 24 (5:1). Eduardo, 25 (6:1). Eduardo, 26 (7:1). Eteus, 33 (7:2). Eduardo, 36 (8:2).
Hakimlər: Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan), Vladimir Kadıkov (Rusiya).

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 6. Eduardo, 15. Rafael, 2. Samir Həmzəyev, 5. Fineo de Araujo, 9. Auqusto, 10. Amadeu, 17. Andre, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.
İsveç: 1. Xristofer Solberq, 2. Niklas Asp (k), 14. Aqon Beqiri, 7. Eteus, 10. Dan Mönell.
Ehtiyat oyunçular: 12. Markus Gerd, 4. Lusiano Lorsa, 5. Hanna Abraham, 6. Patrik Burda, 11. Dana Kuhi, 3. Sarqon Abraham, 8. Adam Stefansson, 9. Kristian Leqeç, 13. Xristofer Yönsson.
Baş məşqçi: Şarbel Abraham.

22:30. Xorvatiya – Belarus

Həmin kateqoriyadan