- Baxış sayı: 142
- 18 Mart 2026 20:45
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan kikboksçuları çempionatın 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 7 medalını qazanıblar.
Yığma komandamızın əldə etdiyi bu medallardan 4-ü “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Kikboksçularımızdan 2-si – Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) finala qədər irəliləyiblər. Təəssüf ki, onların hər ikisi həlledici mərhələdə məğlub olublar. K-1 üslubunda döyüşən Anar Məmmədov ukraynalı Aleksey Serdyuka, kik-layt üslubunda çıxış edən Ehram Məcidov isə Polşa təmsilçisi Mixal Blaçeviçə yenilib. Lou-kik üslubunda mübarizə aparan Çingiz Əhmədzadə (51 kq) və Ramiz Məmmədov (54 kq) isə dünya çempionatını 3-cü yerdə başa vurublar.