Azərbaycan kikboksçuları dünya kuboku yarışlarında mübarizə aparacaqlar

Azərbaycan kikboksçuları Rusiyanın Anapa şəhərində keçiriləcək kikboksinq üzrə dünya kubokunda iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, dünya kuboku yarışlarında Avropa və Afrikanın 25 ölkəsindən 1000-dən çox idmançı mübarizə aparacaqdır.

Anapada Azərbaycanın idman şərəfini 7 kikboksçu qoruyacaq. Gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidovun rəhbərliyi ilə şimalda ölkəmizi Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi – 51 kq), Ramiz Məmmədov (57 kq), Şikar Bədəlov (81 kq), Tapdıq Yusubov (86 kq), Orxan Məlikov, Vüqar Cavadov (91 kq) təmsil edəcəklər.

WAKO kikboksinqi üzrə dünya kuboku sentyabrın 22-dən 28-dək layt-kontakt, lou-kik, K-1, semi-kontakt, kik-layt, full-kontakt və digər bölmələrdə keçiriləcək.

Qeyd edək ki, yarışın sonuncu günü Ramiz Məmmədov çeçen idmançısı Buvaysar Pasxaevə qarşı peşəkar rinqə çıxacaq.

Həmin kateqoriyadan