- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Şüvəlan qəsəbəsindəki ağırlıqqaldırma akademiyasının yarış zalında keçirilən Azərbaycan kubokuna start verilib. Allsport.az xəbər verir ki, kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq-a qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kq (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kq (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medal qazanılar.
Növbəti qaliblər çəkisi 61 kq-a qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kq (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kq (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kq (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.