- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk qarşılaşması “A” qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında baş tutub.
Gənclər və idman nazirliyinin voleybol mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.
“B” qrupunda isə “Milli aviasiya akademiyası” “Murov Az terminal”ı 3:1 hesabı ilə üstələyib.
“A” qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla ikinci olub. “B” qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalı olan “Milli aviasiya akademiyası” ikinci yeri tutaraq yarımfinala yüksəliblər.
Noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” – “Milli aviasiya akademiyası” və “Abşeron” – “Azərreyl” görüşləri keçiriləcək.