- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, millimiz Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun milli komandamızın yeni baş məşqçisi Robert Prosineçki üçün debüt xarakteri daşıyırdı. Amma xorvatiyalı mütəxəssisin millimizdəki debütü uğursuz alınıb. Komandamız meydandan məğlub ayrılıb.
Qeyd edək ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar millimiz meydana qara sarğı ilə çıxıb. Qarşılaşmadan öncə isə 1 dəqiqəlik sükut elan edilib.
Yoxlama oyunu
24 fevral
Azərbaycan – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:2
Qollar: Kosta, 37 (0:1). N.Ələsgərov, 44 (1:1). İsmaili, 67 (1:2).
Azərbaycan: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Namiq Ələsgərov, Məhəmməd Qurbanov.
Ehtiyat oyunçular: Emil Balayev, Elvin Camalov, Coşqun Diniyev, Elvin Məmmədov, Rəşad Eyyubov, Vüqar Nadirov, Ruslan Abışov, Orxan Əliyev, Ağabala Ramazanov, Anton Krivotçuk.
“Şaxtyor“: 30. Andrey Pyatov, 38. Sergey Krivtsov, 18. İvan Ordets, 44. Yaroslav Rakitski, 13. Vyaçeslav Şevçuk, 6. Taras Stepanenko, 8. Fred, 11. Marlos, 20. Kosta, 89. Dentinyo, 9. Adriano (k).