- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, yerli “Kundu Spor” komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb – 8:0.
Qara Qarayev və Səid İbadov dubl edib. Hərəyə 1 dəfə Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov fərqlənib.
20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbəlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.